Prezident seçkilərində namizəd olmaq istəyənlərin sayı 15-ə çatıb
23 Dekabr 2023 18:07 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Növbədənkənar Prezident seçkilərində prezidentliyə namizəd olmaq istəyənlərin sayı 15-ə çatıb.
Olaylar.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənaov deyib.
O qeyd edib ki, 7 nəfərin namizədliyi təsdiq edilib və 8 nəfərin namizədliyinin təsdiq edilməsi məsələsinə baxılır.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31