Xaçmazda inşa edilən yeni körpü istifadəyə verilib
23 Dekabr 2023 11:20 Sosialİntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Qudyalçay üzərində yerləşən və yeni körpünün inşası başa çatıb.
Olaylar.az xəbər verir ki, inşa edilmiş yeni körpü bu gün istifadəyə verilib.
Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimayəti iştirak ediblər.
Yeni körpünün uzunluğu 66 metr, eni 15 metrdir.
Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31