Qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir - SN
22 Dekabr 2023 13:31 SosialQızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir.
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uşaqlarının sağlamlığını istəyirlərsə və onlar qızlcaya qarşı vaksin almayıblarsa, onları peyvənd etdirsinlər.
"Səhiyyə Nazirliyi bununla bağlı xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31