“WhatsApp”da yeni funksiya: Videozənglər zamanı birlikdə musiqi dinləyə bilərsiniz
22 Dekabr 2023 13:17 Sosial"WhatsApp"a videozənglər zamanı eyni vaxtda musiqi dinləmə funksiyası əlavə edilib.
Olaylar.az-ın məlumatına görə, yeni funksiyadan yalnız videozənglərdə istifadə oluna bilər.
Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31