Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir
22 Dekabr 2023 11:06 SosialAzərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.
Olaylar.az xəbər verir ki, sazişi Azərbaycan Hökuməti adından Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31