Azərbaycana qış gəldi
22 Dekabr 2023 10:10 SosialAzərbaycana qış fəsli qədəm qoydu.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Olaylar.az-a bildirilib ki, qış fəsli Şimal yarımkürəsinə dekabrın 22-si saat 07:27-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31