Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılacaq - "Azəriqaz"
21 Dekabr 2023 20:48 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə İB məlumat yayıb.
Bildirilib ki, buna səbəb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsinin planlaşdırılmasıdır.
Qeyd olunub ki, profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31