"Düşünürəm ki, pandemiyaya hazırıq"- infeksionist  Mərdan  Əliyev

Müsahibimiz infeksionist  Mərdan  Əliyevdir.

-Qızılcanın bir anda tüğyan etməsinə səbəb nə oldu? Hansı illərdə, hansı səbəblərdən qıcılca, ümumiyyətlə inseksiyalar epidemiya halını alır?
-Qızılcanın tüğyan etməsinə səbəb peyvəndlərin olunmaması oldu. Peyvəndlərin olunmaması əvvəllər də baş verib. Peyvənd vurdurmayanlar hər zaman olub. Son illərdə bu daha kütləvi hal aldı. Bunun səbəbi "Koronavirus" pandemiyası oldu. Pandemiya dövründə peyvəndlərə qarşı xüsusi kompaniya aparıldı və gözdən salındı. Bunun nəticəsində də, insanların marağı daha da azaldı. Müəyyən şaiyələr oldu, guya peyvəndlər vasitəsi ilə insalara "çip" vururlar, faydası yox, zərəri var, onlar müxtəlif xəstəliklər yaradır, biznes maraqlarına xidmət edir və s. Bu tipli şaiyələr insanlarda öz təsirini buraxdı və peyvəndlərə qarşı soyutdu. Əsas səbəb budur, amma digər səbəblər də valideynlərin səhlənkarlığı, peyvənd savadlılığının olmaması, peyvəndlərin hansı mexanizmlə təsir göstərməsini və onların nə qədər faydalı olmasının valideynlər tərəfindən bilinməməsi onların peyvənd etdirməməsinə gətirib çıxardır. Peyvənd olunmayanlar olunanların fonunda rahat yaşaya bilirdilər. Peyvənd olunmayanların sayı artıq kifayət qədər olduğundan xəstəliyin yayılması, endemiya yaratması potensiyalı olur. Artıq biz bunu qızılca xəstəliyinin timsalında müşahidə edirik. 

-Covid-19-dan sonra insanlar virusa qarşı həssaslaşdılar. Ondan sonra yeni viruslar çıxmağa başladı. Bunun səbəblərini nədə görürsünüz?
-Həssaslıq yox, amma belə bir şey ola bilər ki, o dönəmdə insanlar daha çox evə qapandılar, çöldə maska çox istifadə olundu, açıq havada az oldular. Bunlar da immun sisteminə öz təsirini göstərdi və ondan sonra insanların xəstəliklərə qarşı həssaslığı artdı. Digər səbəb də həmin vaxtı daha çox qoruma oldu. Qrip, kəskin respirator virus infeksiyaları kimi xəstəliklər yoluxa bilmədi. Pandemiyadan sonra bunlar daha sürətli yoluxmağa başladılar. 

-Viruslardan ölənlərin sayının çoxluq təşkil etdiyi illər haqqında məlumatınız var?
-Viruslardan ölənləri bir daha sonradan müşahidə edirik. Əvvəlki illərdə bu daha çox bakteriyal mənşəli pandemiyalar, epidemiyalar olurdu. Son illərdə isə biz daha çox virus infeksiyaları ilə bağlı pandemiyaları müşahibə edirik. Bu da dövrlə əlaqəlidir. Artıq gigiyeniya qaydalarının formalaşması, yaxşı inkişaf etməsi bakteriyal mənşəli infeksiyaların yoluxmasının qarşısını alır. Çünki, bakeriyal mənşəli infeksiyalar viruslardan daha az yoluxduruculuq qabiliyyətinə malikdir. 

-İnsanlar infeksiyon xəstəliklərdən qorunmaq üçün hansı tədbirləri görməlidirlər?
-İnfeksiyon xəstəliklərdən qorunmağın əsas yolu gigiyena qaydalarına əməl etməkdir. Maarifləndirmənin, savadlandırmanın artmasıdır. Əllərin düzgün yuyulması, əl gigiyeniyası, ehtiyac varsa, sosial məsafə, maskalardan istifadə olunması, izoliyasiya tədbirləri qorunma yollarıdır. Bunlar fərdi şəkildədir. Baxca, məktəblərdə isə gündəlik tibbi müayinələrin keçirilməsi, xəstə uşaqların təcrid olunması infeksiyaların qarşısının alınmasında əsas rol oynayır. 

-Xəstəliklərə qarşı immun sistemini güclü saxlayan peyvəndlərdir. Azərbaycanda körpəlikdən peyvənd prosesləri hansı şəffaflıqla aparılır?

-Uşaqların rutin peyvəndləri anadan olduqlarından 6 yaşına qədər vurulur. 3 yaşına qədər intensiv şəkildədir. Müəyyən 2, 3, 5 aydan bir olaraq vurulur. Bu daha çox valideyndən aslıdır. Valideynlər bunu özəl ya dövlət klinikalarında vurdura bilərlər. Əsas məsələ budur ki, valideyn peyvənd olunması üçün uşağını xəstəxanaya aparsın, o zaman peyvənd olunacaq. Bizdə normal səviyyədə peyvənd vurulur. Valideyn aparmırsa, peyvəndin vurulması da mümkün olmayacaq. 

-Son zamanlarda Azərbaycandakı peyvəndləri keyfiyyətsiz, hətta zərərli adlandırırlar. Düşüncələriniz nədir?
-Keyfiyyətsiz olması ilə razı deyiləm. Bunlar yalan söhbətlərdir. Peyvəndlər Azərbaycana həm Avropadan, həm Hindistandan gəlir. Hər ikisi keyfiyyətlidir. Keyfiyyətlə bağlı bir problem yoxdur. Çünki, bunlar dövlət səviyyəsində alınan peyvəndlərdir. Peyvəndlərin vurulmasına qarşı çıxanlar tək bizdə yox, Türkiyə və Avropada da son illərdə daha çox artdı. Türkiyədə "aşı karşıtı" deyilən xüsusi qruplar var və sayları da çoxdur. İnsanlarda da buna meyillilik var, peyvənd vurdurmaq istəmirlər. Bu qruplar peyvəndlərin vurulmaması üçün təbliğat aparırlar. Mən bununla razı deyiləm, onlar peyvəndin faydasını bilmirlər deyə, belə bir insan toplusu formalaşıb. 

-Covid-19 pandemiyası zamanı dünyanın buna hazır olmadığı bəlli oldu. Bəs indi necə? Sizcə, yenidən pandemiya şəraiti yaransa, dünya buna hazırlıqlıdırmı?
-Pandemiyanın olması təqdirində, bizim artıq həm dövlətimiz, həm də səhiyyəmiz buna hazırdır. Çünki, artıq bir dəfə təcrübə əldə etmişik və səhiyyə sistemi müəyyən potensiyala malikdir. Həm bəzi xüsusi aparatlar alındı, həm xəstəxanaların sayı artırıldı, həm də həkimlərin pandemiya təcrübəsi əldə olundu. Ona görə də, indi düşünürəm ki, hər kəs hazırdır. 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31