Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək - Teymur Musayev

İşğaldan azad olunmuş ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir".

Olaylar.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun "Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri" panelində çıxışı zamanı deyib.

Sağlamlıq turizminin turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biri olduğunu deyən nazir fikirlərinə belə davam edib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində 30 il həsrətində olduğumuz torpaqları işğaldan azad etdi. Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.

Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs həmin ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. İnanıram ki, bu bölgənin turizm potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31