Deputat seçicilərin problemləri ilə maraqlanıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib. "Olaylar" xəbər verir ki, Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.  Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, görüşdə vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31