Xocalı, Xankəndi və Əsgəranda AzQac-ın ofisləri fəaliyyət göstərəcək
21 Dekabr 2023 12:03 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) ofislərinin fəaliyyət göstərəcəyi ərazilər açıqlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə mövcud infrastruktur dəyərləndirildikdən sonra AzQAC-ın ofisləri Xocalı, Xankəndi, Əsgəranda fəaliyyət göstərəcək.
"Məsələnin dərin müzakirəsi yəqin ki, gələn il olacaq",- deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.
İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31