Heydər Əliyev prospektində qəza - Yolda sıxlıq yaranıb
15 Avqust 2023 13:39 SosialBakıda qəza olub, yolda sıxlıq yaranıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu səbəbdən də prospektdən üzü şəhər istiqamətinə yolda sıxlıq yaranıb.
"Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb edilib", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31