Zaur Kamaldan "Xəzər TV"yə keçməsi xəbərlərinə reaksiya
12 Avqust 2023 14:56 SosialARB kanalında aparıcılıq edən Zaur Kamalın "Xəzər TV"yə transfer olunacağı haqda xəbərlər yayılıb.
Olaylar az axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı aparıcı açıqlama verib. Aparıcı bildirib ki, Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovla görüşüb və söhbətləri olub:
"Bu xəbərin mətbuatda yayılmasını görəndə çox təəccübləndim. Yayılmasını istəməzdim, amma necə oldusa, yayıldı. Murad Dadaşovla görüşümüz olub. Yaxın vaxtlarda daha ətraflı açıqlama verəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31