II qrupa daxil olmaq bu qədər asan olmayıb - 150 bal kifayətdir - VIDEO
12 Avqust 2023 13:23 SosialII qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Bu ixtisaslar marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkilidir.
Məleykə Abbaszadə həmçinin bildirib ki, III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb. O deyib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə 328 yer azalıb.
"Valideynlərə müraciət edirəm ki, ilk növbədə uşaqların istəklərini öyrənin, ondan sonra birgə seçim edin deyə", - DİM sədri qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31