Məşhur aparıcı 20 il işlədiyi kanaldan bu sözlərlə AYRILDI
11 Avqust 2023 10:58 Sosial"20 illik əməyim olan, ata ocağı qədər əziz ATV telekanalından öz istəyimlə, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsiniz müraciəti ilə ayrıldım..."
Bu sözləri aparıcı Vüsalə Əlizadə "İnstagram" hesabında yazıb.
"2 aydır bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər hörmətli, qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq. Çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə kababı. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu 2 ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik" - deyə aparıcı qeyd edib.
referans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31