Gözlərə işıq gəlir

İnsana ömür yaşamaq üçün verilir. Bu ömür yolu isə illərlə ölçülür. İllərin çoxluğu ömrün uzunluğu deyil. Əsl ömür onun necə yaşamasıdır. Həyatda elə insanlar var ki,onların yaşadıqları ömür başqaları üçün örnək olur,həyat məktəbinə çevrilir. Bu cür adamlar xalqına qəlbən bağlı insanlar olurlar. İnsanların xarakteri müxtəlif olduğu kimi,onların həyat fəaliyyətləri də müxtəlif olur. Elə ömür var ki,yalnız o,şəxsin özünə mənsub olur. Elə ömürlər var ki,şəxsi həyatdan çıxaraq elə,obaya,vətənə aid olur. Belə ömür sürənlərdən biri də,dəyərli,mənalı həyatını şam kimi əritməkdən həzz alan,işıqlı əməlləri,xeyirxah,nəcib işləri ilə xalq arasında böyük hörmət qazanmış,əsl insan,gözəl həkim,nəcib şəxsiyyət,kölgələnmiş,nurunu itirmək ərəfəsində olan,xəstələrə nur paylayan həkim, "Nur"kilinkasının sahibi oftalmoloq Günel xanım Qubadovadır. Günel xanımın üzündəki heç əskik olmayan təbəssüm,barmaqlarındakı sehrli ecaz nigaran,solğun qəlblərə elə işıq saçır ki,o,işığın şöləsindən,yaranan ümid işığı solmayan arzuların nicat işığıdır. Gəlin bu nəcib insanla,gözlərin minnətdar olduğu həkim qızla yaxından tanış olaq. Qubadova Günel Tofiq qızı Salyan rayonun Qarabağlı kəndində 1981-ci ildə anadan olmuşdur. 1998ci ilədə Azerbaycan Dövlət Tibb Universitetinə daxil olub,2004-cü ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhərində 1saylı kilinkanın oftalmologiya üzrə interneturanı bitirib,sonra Şirvan şəhərində "Diaqnostika"mərkəzində fəaliyyətə başlayıb,2016ci ildə"Nur" kilinkasında fəaliyətə başlayıb. Katarak,Qulakoma,Çəpgözlük,əməliyyatları edir,göstərilən bu əməliyyatlar hamısı lazer üsulu ilə həyata keçirilir. Bax bele. Gördüyünüz kimi heç bir qeyri-adi həyat yolu keçməyən,sadə həyat tərzi yaşayan,lakin yüksək savada, intellektual mədəniyyətə malik olan bu nəcib xanımın xeyirxah əməlləri bütün ölkəyə səs salıb. Təsadüfi deyil ki,Günel xanımın qəbuluna respublikanın bütün rayonlarından xəstələr gəlir,müalicə olunub,xoş əhvalla dua ederek evlerine gedirler. Mən Günel həkim haqqında bu qeyidləri edərkən Müqəddəs Quranchr("39")i Kərimin "Əl-Bəqərə"surəsinin 269-cu ayəsinin xatırlatmağı lazım bildim. "Allah istədiyi şəxsə himmət olur,mərifət, müdriklik bəxş edir. Kimə hikmət bəxş edilmişsə,ona çoxlu xeyir,əbədi səadət verilmişdir. Buna ancaq ağıllı adamlar dərk edərlər. Mən Günel həkmin gördüyü işləri müşahidə edərkən,bir daha anladım ki,həyatda elə insanlar var ki,onlara tanışlıq taleyin bəxşişidir. Bəzən adama elə gəlir ki, bu dünya ötəri bir səsdir,ilğımdır. Biz hamimiz yalan ümidlərin al dilinə aldanıb,onun əlindən tutmuşuq. Daim harasa tələsir,nə isə gözləyirik və beləcə gözümüzün kökü sarala-sarala yol gedirik,bəlkə də gəlirik. Sirlərlə dolu kainatda cana doyuruq,ona asi olmaq keçir ürəyimizdən. İşıq axtarırıq adını ,biçimini bilmədiyimiz, işıq. O işıq sənsən Günel həkim. Çöhrəndəki parıltı,nur bir andaca dünya işığına iynə ucu boyda ehtiyacı olan xəstə gözündə nur atəşinə çevrilir. Könülləri fəth edən, insanlara nur paylayan,Günel xanım. Bir insan ömrünü nura qərq etmek,qışın buzlu şaxtasında Novruz gülünə çevrilməkdir. Biz elə cəmiyyət də yaşayırıq ki,orada ideal insan axtarmaq çətin işdir. Necə qorunsanda fərqi yoxdur çirkab dalğasının heç olmasa bir damcısı hökmən sənin üstünə sıçrayacaqdır. Bu bizim taleyimizdir.    
  Şirvan Mərkəzi Xəstəxanasının istedadlı ürək həkimi Əfsər Nəcəfov Günel həkim haqqında həvəslə söhbət açır. Günel həkmin nəcib peşəni seçməsində mənimdə rolum olub. Göz həkimi olmasını ona mən tövsiyə etmişəm. Hazırda onun yorulmaq bilmədən saf niyyətlə yüksək entuzimlə fəaliyyət göstərməsi,özünə çox böyük tələbkarlığı məni sevindirir. 
   Mənim Günel həkimlə tanışlığımın  tarixi çoxda uzaq deyil. Ləman Ələşrəf qızının rəhbərlik etdiyi Laf TV də çıxışım var idi.Yeri gəlmişkən qeyd edim ki, Laf TV də hər həftənin cümə günü saat 17:00 da ictimai nəzarət qrup
 üzvlərinin söhbəti olur. Geniş ictimaiyyətin ciddi marağına səbəb olan və maraqla qarşılanan bu verilişlərdə məndə müntəzəm çıxış edirəm,deyən Azərbaycan Türk Dünyasının Əməkdaşlıq Mərkəzinin başqanı,fəal İctimai və Siyasi Xadim İlham İsmayılov söhbətə başlayır. Şirvan şəhərindən məktub daxil olmuşdu. Məktubda "Nur" kilinkasının baş həkimi Günel Qubadovanın xeyirxah,nəcib işindən göz xəstələrinə necə həssas yanaşmasından bəhs olunmaqla yanaşı onun işinə mane olanlardan da danışılırdı. Məktubla yerində tanış olmaq üçün Şirvan şəhərinə "Nur"klinikasına getdik,Günel xanımla yaxından tanış olduq. Şirvandan, ətraf rayonlardan gələn,gözlərinə şəfa istəyənlərlə söhbətləşdik. Öyrəndik ki,müraciət eden xəstələrin əksəriyyətinin narazılığı kilinkanın yerləşdiyi Məmməd Əmr Rəsulzadə küçəsində aftomobillərin dayanmasına qoyulan qadağalardandır. Belə anlaşılırdı ki, müraciət etməyə gələn göz xestələri öz şəxsi minik maşınlarını haradasa, qonşu küçələrdə,kilinkadan xeyli aralıda saxlamalı və kilinikaya piyada gəlməlidir. Bu hal çox doğru olaraq süni və gərəksiz mane kimi qiymətləndirilir və kütləvi narazılığa səbəb olurdu. Biz vəziyyətlə yerindəcə tanış olduq,xəstələrin haqlı narazılığını əlaqədar təşkilatlar qarşısında qaldırdıq. Yaxşı haldır ki,qaldırılan məsələ anındaca həll olundu. Xəstələrin gəliş-gedişi üçün rahatlıq təmin edildi. Təki Günel həkim kimi kadrlarımız çox olsun. Biz belə həkimlərin arxasındayıq. Biz yazımızı Azerbaycan Jurnalistlər İttifaqının üzvü,qocaman jurnalist,Şirvan Ağsaqqallar şurasının sədri Fəxrəddin Rəhimovun sözü ilə qurtarmaq istədik"Günel xanımın daxilindəki,qəlbindəki parlayan işıq,nur, gözlərdə şölələndikcə bizə də rahatlıq gətirir

Yazıçı publisist-Cəfər Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31