Məcburi evlilik, erkən yaşda evlənmək istəyi necə sonlanır?

İyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi sözün əsl mənasında qanımızı dondurdu. Övladına və yoldaşına  bıçaq zərbəsi endirə biləcək qədər qəddarlaşan ataya sosial şəbəkələrdə tənqidlər, təhqirlər leysan kimi yağdı. Təəssüf ki, bu nə ilk, nə də son deyildi. Qızın ailəsi tərəfindən özündən 10 yaş böyük birilə məcburən evləndirildiyi yaxınları tərəfindən bildirilib.

Məcburi evlilik, cütlüklər arasında çox yaş fərqi hansı fəsadları doğurur?

Suallarımıza cavab tapmaq üçün psixoloqlarla həmsöhbət olduq:

Klinik psixoloq Səyyarə Yusubova:

-Hər bir halda, bu sualların cavablarını açmaq və onlardan da danışmaq lazım olduğunu düşünürəm.
Bu məsələyə sadəcə yaş fərqi və ya istəmədən qurulan ailə kimi baxmaq çətin olar.

Məcburi qurulan evlilik elə başdan zorakılıqla başlayır. Bu keysdə biz amansız qətldən danışırıq, nəinki arvadını, həmçinin 7 aylıq körpəsini qətlə yetirən insanın psixi sağlamlığından şübhə duymamaq mümkün deyil. Psixiatrik-psixoloji ekspertiza rəyini bilmək mütləqdir.
Belə xəbərlər bir daha sübut edir ki, ailə qurmaqdan öncə psixi sağlamlıqla bağlı arayış mütləqdir. Amma təəssüf ki, belə arayışların alınmasında prosesin tam şəffaf aparılması özlüyündə bu arayışın "alınmasından" da vacib məsələdir.
Gənc qızın özündən 10 yaş böyük adamla evlənməsi onların arasındakı psixoloji və fizioloji uyuşmanın proqnozunu mənfi verməyə əsasdır. Əlbəttə, yaş fərqi hələ səbəb deyil ki, deyək ki, ailə əlverişli münasibətlər qura bilməyəcək, amma daha təhsilini yeni başlayan, 20 yaşlı gənc qızın ailə münasibətlərinə nə dərəcədə hazır olması sual altındadır. Xüsusilə də, məcburən qururlursa, bu ailə.
Fərid Hüseynli haqqında daha ətraflı, detallı məlumata malik deyiləm, amma bu ağır cinayətin törətdiyi sübut olunmuşdursa, o adamın müvazinətsiz, emosional cəhətdən qeyri-stabil birisi olmasını ehtimal edə bilərik.
Gənc oğlanların təəssüf ki, bir çoxunda son illərdə qəzəb kontrolu, davranış pozuntuları problemləri çox rast gəlinir. Maddə asılılıqlarından əziyyət çəkən, amma müalicə almayan da çox sayda kişilər var. Belə oğlanlar üçün ailə böyükləri "təmiz qız" axtarışına çıxır, tanışlar, qohumların vasitəçiliyilə dəfələrlə gənc olan bir qızı seçir və evləndirirlər. Məişət zorakılığı da beləcə nəsildən-nəslə bir ənənə şəklində ötürülür.
Qorxu, həyəcan, təhdid şəraitində, kişinin "xasiyyəti" ilə barışmaq məcburiyyətində qalan bu gənc qadınlar mütəmadi olaraq psixoloji (emosional) və fiziki zorakılığa məruz qalırlar. Belə qadınlar pz həyatlarına aid qərarları verməkdən məhrum qalır, çox zaman iqtisadi cəhətdən asılı vəziyyətə düşür və getdikcə acizliklərinə inanaraq qurban mövqeyində yaşamağa davam edirlər. Bəzi hallarda hər şey bu qədər bariz olmur, qadınların çoxusu təəssüf ki, vəziyyətlərinin acınacaqlı olduğunu ya dərk etmir, ya da qəbul etmirlər. Burada inkar müdafiə mexanizmindən danışmaq lazımdır. Tez bir zamanda övlad sahibi olan qadın "Ana" olmaqla sosial bir mərhələ adlayır və görünürdə nüfuz qazanır. Bu status ona firavanlıq illüziyası yaşadır və icmanın içərisində "həyatı baş tutmuş" kateqoriyaya gəlir. Beləcə, güzəranda "ailəsi, uşağı, işləməyə məcbur deyil" deyə xoşbəxtlik tablosu qazandığına özünü inandıraraq məruz qaldığı psixoloji zorakılığı sezmir və ya bu barədə məlumatsız olmasının ucbatından ssenari ilə yaşamağa davam edir. Beləcə, məişət zorakılıqları ucbatından həyatını itirən, ağır bədən xəsarətləri alan qadınların sayı gün-gündən artırsa da, həqiqi statistikaya əlimiz çox zaman çatmır belə.
Bu keysləri hərtərəfli analiz etmək, insan haqları müdafiəçiləri, zorakılıq əleyhinə fəaliyyət göstərən sosial işçilər və travma psixoterapevtləri birgə qruplar təşkil edərək araşdırmalı və ictimaiyyət qarşısında analizlər aparılmalıdır. KİV vasitəsilə "gəlin, danışaq" rubrikaları keçirilməlidir, qadınlar öz psixi sağlamlıqlarını və təməl azadlıqlarını məhdudlaşdıran, təhdid edən məsələləri görə bilmək və dilə gətirə bilmək şansı qazanmalıdır.
Gənc tələbələrin təhsil aldıqları müəssisələrdə psixoloji yardım almaq imkanları da genişləndirilməlidir.
Fərid Hüseynli hadisəsində biz köməksiz vəziyyətdə olan qadını və körpəni qətlə yetirmiş birisindən danışırıq. Belə hadisələrdən cəzasızlıq olduğunu görən əhali, ailə qurmağa hazırlaşan qızlarda ailə qurmağa qarşı qorxu formalaşdıra bilər. Çünki, əgər yeni ailə qurmuş gənc qadını sosial və tibbi cəhətdən tam qorunmasız dövründə heç bir qurum qorunmursa, burada siyasi-ictimai baxımdan bariz boşluq olduğunu deməliyik. Bizim kültürdə ailə münasibətləri sosial müdafiə cəhətdən dövlət və ictimai sektordan daha güclüdür. Vəziyyətin belə olması birmənalı olmayan nəticələrə gətirib çıxarır.
Çünki əslində hüquqi cəhətdən fərdin məruz qaldığı ən əsas təhdidlər də yaxın əhatədən - ailəvi münasibətlərdən gəlir. Əgər ailədaxilindəki təhlükədən dövlət və qeyri-dövlət/ictimai qurumların qoruma imkanları olmursa, fərd tamamilə qorunmasız qalır.
Bu baxımdan bu keysdə biz, daha təhsil həyatının başlanğıcında, gələcəkdə biologiya müəllimi olmağa hazırlaşan bir gənc qadının həyatının məhv olduğunu görürük. Bu faciəvi keys cəmiyyətin psixi sağlamlığı və təməl insan haqlarının müdafiəsi sahəsinin məişət zorakılığını azaltmaq üçün edə biləcəkləri çox sayda işin olduğunu göstərir. Əhali arasında, xüsusilə gənc qadınların ailə qurmadan öncə bu qərarı müstəqil verib vermədiklərini anlamaları vacibdir. Eləcə də, ailə qurulması üçün müraciət edildikdə tərəflərin psixi sağlamlığı haqqında arayışın alınması məsələsi də qaldırılmalıdır.

-Psixoloq Fidan Canbabazadə:

-Sosial şəbəkələrdə qətllərlə bağlı çox faktlar var. Hətta, azyaşlılara da xəsarət yetirilir. Burada məcburi evlilik, arada olan çox yaş fərqi əsas faktorlardır. Biz baş verən cinayətdə yaş fərqi, arada sevgi olub-olmamasından da önəmlisi xanımın və bəyin ailə qurduğu yaşa baxmalıyıq. Mentalitet baxımından düşünürük ki, uğursuz ailələr sadəcə boşanan ailələrdir. Əslində boşanılmayan çox sayda uğursuz ailələr var. Bu cür münasibətlərin sonu qətllə bitməsə belə, hər gün psixoloji, fiziki zorakılığa çevrilir. Maddi-mənəvi seksual zorakılığın olduğu ailələr həddən artıq çoxdur. Xəyanətin olduğu ailələr də çoxdur. Ancaq, nədənsə biz sadəcə boşanan ailələri uğursuz hesab edirik.
Bu kimi qətllər aysberqin görünən tərəfidir. Burada ən böyük məsuliyyət valideynlərə düşür. 
Valideynlər qızlarını çox erkən yaşda ailə qurmağa vadar edir. Cəmiyyətimiz ailə quran hər bir qadını xoşbəxt hesab edir. Ailə qurmayan hər qadın isə bədbəxt hesab olunur. Bəzən yaşı çox olan xanımlar ətrafdakı təzyiqlərə dözməyib, ailə qurur. Bir çox hallarda isə sonu zorakılıqda, qətllə bitir.
Burada əsas məsələ ailə modelinə baxılmasıdır. Yaşı çox olan xanımlar sırf basqılardan qurtulmaq üçün, erkən yaşda olanlar isə ailəsi tərəfindən məcburən evləndirilir. 20 yaşlı xanımla 25-26 yaşlı xanım arasında düşüncə tərzi çox fərqli olur. İstəklərimiz dəyişir. Biz həyatımızı 20 yaşından sonra dərk edir, həqiqətləri görürük. Erkən yaşlarda xarakter oturuşmur, nə istədiyini bilmir. 25 yaşından sonra insanlar həyatdan nələr istədiklərini daha yaxşı bilirlər. 
20 yaşında da istəyərək ailə həyatı qura bilərik. Ancaq, sonradan böyük ehtimalla istəklərimiz dəyişəcək.
Sevmədiyimiz biri ilə ailə həyatı qurmaq istisna hal olmalıdır. Ancaq, o demək deyil ki, biz sevib evlənsək, faciə yaşaya bilmərik. Erkən yaşlarda qız ailə qurmağı seçirsə, yenə də problemlər var deməkdir. Düzgün öyrədilməyən sevgi modellləri-qısqanırsa məni sevir, mənə qarışırsa, sevir kimi düşüncələrdə ola bilər. Bəzən hətta ailəsi ilə görüşülməsinə icazə verilməməsini qızlar sevgi adlandırır. Erkən yaşda bunu anlamaq çətindir. Sevmədiyimiz bir yeməyi yeyən zaman iyrənmək hissi belə yarandığı halda, sevmədiyi adamla bir ömür keçirməyə məcbur olur bəzi xanımlar. Məcburi evlilik bəylərə qarşı da təzyiq vasitəsi ola bilir. Ailələr sadəcə 2 insanı düşünür. Gələcəklərini isə yox.
Sosial şəbəkələrdə qətllərlə bağlı çox faktlar var. Hətta, azyaşlılara da xəsarət yetirilir. Burada məcburi evlilik, arada olan çox yaş fərqi əsas faktorlardır. Biz baş verən cinayətdə yaş fərqi, arada sevgi olub-olmamasından da önəmlisi xanımın və bəyin ailə qurduğu yaşa baxmalıyıq. Mentalitet baxımından düşünürük ki, uğursuz ailələr sadəcə boşanan ailələrdir. Əslində boşanılmayan çox sayda uğursuz ailələr var. Bu cür münasibətlərin sonu qətllə bitməsə belə, hər gün psixoloji, fiziki zorakılığa çevrilir. Maddi-mənəvi seksual zorakılığın olduğu ailələr həddən artıq çoxdur. Xəyanətin olduğu ailələr də çoxdur. Ancaq, nədənsə biz sadəcə boşanan ailələri uğursuz hesab edirik.
Bu kimi qətllər aysberqin görünən tərəfidir. Burada ən böyük məsuliyyət valideynlərə düşür. 
Valideynlər qızlarını çox erkən yaşda ailə qurmağa vadar edir. Cəmiyyətimiz ailə quran hər bir qadını xoşbəxt hesab edir. Ailə qurmayan hər qadın isə bədbəxt hesab olunur. Bəzən yaşı çox olan xanımlar ətrafdakı təzyiqlərə dözməyib, ailə qurur. Bir çox hallarda isə sonu zorakılıqda, qətllə bitir.
Burada əsas məsələ ailə modelinə baxılmasıdır. Yaşı çox olan xanımlar sırf basqılardan qurtulmaq üçün, erkən yaşda olanlar isə ailəsi tərəfindən məcburən evləndirilir. 20 yaşlı xanımla 25-26 yaşlı xanım arasında düşüncə tərzi çox fərqli olur. İstəklərimiz dəyişir. Biz həyatımızı 20 yaşından sonra dərk edir, həqiqətləri görürük. Erkən yaşlarda xarakter oturuşmur, nə istədiyini bilmir. 25 yaşından sonra insanlar həyatdan nələr istədiklərini daha yaxşı bilirlər. 
20 yaşında da istəyərək ailə həyatı qura bilərik. Ancaq, sonradan böyük ehtimalla istəklərimiz dəyişəcək.
Sevmədiyimiz biri ilə ailə həyatı qurmaq istisna hal olmalıdır. Ancaq, o demək deyil ki, biz sevib evlənsək, faciə yaşaya bilmərik. Erkən yaşlarda qız ailə qurmağı seçirsə, yenə də problemlər var deməkdir. Düzgün öyrədilməyən sevgi modellləri-qısqanırsa məni sevir, mənə qarışırsa, sevir kimi düşüncələrd ola bilər. Bəzən hətta ailəsi ilə görüşülməsinə icazə verilməməsini qızlar sevgi adlandırır. Erkən yaşda bunu anlamaq çətindir. Sevmədiyimiz bir yeməyi yeyən zaman iyrənmək hissi belə yarandığı halda, sevmədiyi adamla bir ömür keçirməyə məcbur olur bəzi xanımlar. Məcburi evlilik bəylərə qarşı da təzyiq vasitəsi ola bilir. Ailələr sadəcə 2 insanı düşünür. Gələcəklərini isə yox.
Sevgisiz ailədə böyüyən, məcburiyyətlə dünyaya gələn insanlar bunu çox gözəl hiss edir. Onlar da gələcəkdə yanlış seçimlər edir, yanlış həyat tərzi sürür. Uşaqlar üzərində heç bir məsuliyyətimiz yox imiş kimi dünyaya gətiririk. Beləliklə, döngü davam edir. 
10 yaşa qədər yaş fərqi varsa və azyaşlı yeniyetmə dövründədirsə, bu, pedofiliya sayılır. Daha sonra pedofiliya kəlməsi aradan qalxır. Yenə də fərdlər arasında yaş fərqinə diqqət etmək önəmlidir. Yaş fərqi çox olduqda baxış tərzi, həyatdan istədikləri, tutumları fərqli olur. Eyni yaşda olan insanlar arasında da bu problemlər yarana bilir. Burada əsas məsələ özünə uyğun insanı tapmaqdır. Ailə qurmaq xatirinə baş tutan evliliklərdə problemlər yaranır. 
Yenə də hansı ailədə, necə böyüdüyümüzdən, təhsilimizdən, dünya görüşümüzdən çox şey asılıdır ki, aradakı yaş fərqini tarazlaya bilsin. 
Qətl məsələsinə gəldikdə ən əsası kişinin ailəsinə baxmaqdır. Çünki, biz ailəmizdən gələn ənənələrlə böyüyürük. İstər-istəməz bu davranışlar həyatımıza daxil olur. Hər bir ailədə fikir fərqliliyi ola bilər. Bunlar zorakılıq,qətl halını alıbsa, cinayətdir. Qətlin, şiddətin heç bir səbəbi ola bilməz.
Kişinin oturmamış xarakteri, şəxsiyyətinə bağlıdır bütün bunlar. Ailə-məişət zorakılığının yaranmasında əsas səbəb tərəflərin formalaşmaması, özünəgüvən problemidir. İnsanları həyatımızdan çıxara bilmək, yol göstərə bilmək, sonda işi ədalətə buraxmaq mümkündür. Təəssüf ki, insanlar bunu etmir. 
Namus, qısqanclıq məsələlərinə görə törədilən qətllər zamanı insanlar özlərində günah görmür. Onlar, mütləq reabilitasiya edilməlidir. Bu tip xəbərlər ağır olsa da mətbuata sıx-sıx çıxarılmalıdır ki, insanlar evlənmədən əvvəl nələrə diqqət edəcəklərini bilsinlər. 
Gənc ailələr tibbi analizdən keçdiyi kimi, psixoloji və şəxsiyyət analizindən keçməlidirlər. Onlar arasında bir-birinə, həyata qarşı aqressiyası olan varsa, bu, sonradan uşaqdan, xanımdan çıxa bilir. Bunların qarşısını almaq üçün dövlət bu kimi məsələləri üzərinə götürməlidir.

Əfsanə Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31