Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Yasamal rayonunda mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədəOlaylar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31