Adil Əliyev Milli Məclisdə vətəndaş qəbulu keçirib
7 İyun 2023 15:45 Sosialİyunun 7-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə Milli Məclisdə vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, vitse-spiker qəbulda iştirak edən şəhid ailələri üzvlərinin, qazilərin, habelə digər vətəndaşların müraciətlərinidinləyib. Vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə öz həllinitapıb. Vətəndaşlar tərəfindən daxil olan sosial, humanitar, məişət və digərməsələlərlə əlaqədar müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına sorğular hazırlanıb.Eyni zamanda, müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici məsləhətlər verilib.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq Milli Məclis sədrinin müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülür və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla onların həlli istiqamətində lazımı addımlar atılır.
.jpg)
.jpg)
