Uşaq pulunun verilməsi niyə yubadılır? - ÖZƏL
2 İyun 2023 10:27 Sosial"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətindəki işlər heç də yetərli deyildir. Bir iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ölkəmizdə uşaqlara qayğı və sevgi yetərincə oldumu?" "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bu ağır pandemiya ərəfəsində uşaqlara qayğıdan danışmaq düzgün olmazd: "Ancaq ölkədə uşaqların daha sağlam və güvənli böyüməsi üçün birbaşa uşaqpulunun bərpa olunması lazımdır. Dövlətin imkanları yetərli deyilsə, ilkin olaraq müəyyən yaşınadək uşaqlara bu ödənişin verilməsi məqsədəuyğun olardı. Yoxsul ailələrin hansı sıxıntılar içində yaşadığını bildiyimizə görə, bu addım onların sosial vəziyyətini xeyli yaxşılaşdıra bilərdi.Amma çox təəssüf ki, yenə də bu ağır gündə uşaq pulunun verilməsi yubadılır".