Sakinlərin NƏZƏRİNƏ! Bakının bu rayonlarında su kəsiləcək
1 İyun 2023 19:15 Sosial02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Olaylar.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat alıb.
Qeyd edək ki, içməli suyun verilməsində olan məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31