Uşaq pulları məmur özbaşınalığının güdazına gedib - ÖZƏL
1 İyun 2023 12:11 Sosial"Dünyanın əksər ölkələrində olduğu kimi 1 iyun Azərbaycanda da uşaqlar günü kimi qeyd olunur. 1 iyun 1956-cı ildən bu günə kimi ölkəmizdə də uşaqların bayramı kimi qeyd olunmaqdadır. Amma çox təəssüflə qeyd etmək istəyirəm ki, ölkənin demək olar ki, hər yerində üşaqlara qayğı nəinki yetərincədir, əksinə, lap ağır vəziyyətdədir". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, uşaq ölumlərinin sayı ilbəil artır: "Bağçalarda vəziyyət ağrılıdır. Uşaq bağçalarının çatışmazlığı nəticəsində, bağçalara uşaqların qəbulu rüşvət mənbəyinə çevrilib. İnsafən deyim ki, özəl bağçaların açılması bəzi neqativ halları aradan qaldırsa da, bağçalarda pullu ödəniş çox yüksəkdir. Dövlət bağçaları qabaqdakı illərə nisbətdə texniki baxışdan dəyişsə də köhnə nomenklatur bağça direktorları tərəfindən demək olar ki, tam özəlləşdirilib. Hər bağçanın öz qiyməti var.Uşaqlar üçün oynamaq yeri olan bina evlərinin hər tərəfi özəlləşdirilib .Hər tərəf maşınlar üçün dayanacağa çevrilib.
Ölkədə uşaqların hüquqları ilə bağlı bəzi işlər görülsə də, hələ də yetərli hala gəlməyib.Yeni dünyaya göz açmış körpələrə verilən müavinətlərin verilməsində köhnə qaydalar hələ də götürülməyib.Uşaqlara verilən aylıq müavinətlər kəsilib. Uşaq pulları hələ də məmur özbaşınalığının güdazına düşüb. Bəs onda uşaqlara göstərilən qayğı nədən ibarətdir? "