Gənclər arasında vətənpərvərlik ruhunun səviyyəsi yüksək, təməlləri isə sağlamdır - ÖZƏL
1 İyun 2023 10:41 Sosial"Günümüzdə gənclərin milli ruhda və vətənpərvərlik şüurunda yetişdirilməsində dövlət tərəfindən mühüm addımlar atılır". Bu fikirləri "OLAYLAR"-a səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, hökümət və qeyri hökumət təşkilatları bu istiqamətdə davamlı layihə və tədbirlər həyata keçirirlər:
"Ölkə rəhbərliyinin diqqət və qayğısı bu sahənin dayanıqlı inkişafına stimul verir. Hazırda Azərbaycanda gənclər arasında milli mənlik hissinin, vətənpərvərlik ruhunun səviyyəsi yüksək, təməlləri isə sağlamdır. Bu isə gələcəyə böyük ümidlər vəd edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31