Deputat uşaqları təbrik etdi - ÖZƏL
1 İyun 2023 10:39 Sosial"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə başda 44 günlük Vətən müharibəsi şəhidlərimizin bizə əmanət övladlarını və bütün balaca soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, hər bir balamıza möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxt gələcək arzulayıram!" "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Gələcəyimiz olan uşaqlarımıza sevgi, qayğı ilə yanaşmağı, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatı olduğunu bir an belə unutmayaq! Hər bir uşaq dünyanın gözəl bir hədiyyəsidir və xoşbəxt böyüməyə layiqdir. Gəlin tək iyunun 1-də yox, hər zaman uşaqların hüquqlarına hörmət edək və onları qorumaq üçün əl-ələ verib birlik olaq".