Bu yollarda natəmizlik hökm sürür - ÖZƏL

2023-cü il yay mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi dənizkənarı ərazilərdə həm yerli, həm də əcnəbi vətəndaşların sayının artması gözlənilir.

Olaylar.az xəbər verir ki, hələ dəniz mövsümü başlamasa da, yol kənarlarında natəmiz görüntülər öz əksini tapır. Abşeron rayonu Novxanı qəsəbəsində çimərlik yolunda dolub-daşan zibil qabları yol boyu müşahidə olunur. Diqqət çəkən məqamlardan biri də zibil qablarının sayının az olması və vaxtında təmizlənməməsidir. Orada yaşayan sakinlər, istirahət üçün gələnlər, yoldan keçənlər zibillərini qablardan kənara atmaq məcburiyyətində qalırlar. Üstəlik zibil qablarının bu vəziyyəti nəinki yaşayış ərazilərində, hətta tam kənarda, magistral yollarda müşahidə olunur. Nəticədə ərazinin estetikası pozulur, natəmizlik yaranır, ətrafa pis qoxu yayılır. Dəniz mövsümü başladıqdan sonra ərazidə vəziyyətin necə olacağı isə sual altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31