“Müəllimin hörmətini aşağı salmaq olmaz" - Deputat
31 May 2023 13:18 Sosial"65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır: "65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31