Məşhur serialda xəritəmizlə bağlı səhv düzəldildi - FOTO
31 May 2023 12:08 SosialTürkiyənin məşhur "Ben bu cihana sığmazam" serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, serialın ötən gün efirə gedən bölümündə xəritəmizdə Naxçıvan Muxtar Respublikası da əks olunub.
Xatırladaq ki, daha əvvəlki seriyada Oktay Kaynarcanın oynadığı Cəzayir Türkün ofisində asılan xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməmişdi.
Müqayisəli fotoları təqdim edirik:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31