Kənar şəxslərdən götürdüyünüz əşyaları sərhəddən keçirən zaman gömrük orqanına bəyan etməyiniz tövsiyə olunur
31 May 2023 11:23 SosialXarici ölkələrə səyahət zamanı hava limanlarında və ya digər yerlərdə Azərbaycan Respublikasına gətirilməsi məqsədilə kənar şəxslərdən götürülən əşyalar onları ölkənin gömrük sərhədindən keçirənlər tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada bəyan olunmalı və müvafiq gömrük ödənişləri ödənilməlidir. Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31