Gənc analara məsləhət: Körpə ana südü ilə bu qaydada qidalandırılır - ÖZƏL
19 May 2023 12:23 Sosial"Ana südü ilə qidalanmanın ən asan və əlverişli seçim olmasına baxmayaraq, südvermə qaydalarını bilmədən uşağın tam qidalanmasını, eləcə də ananın rahatlığını və sağlamlığını təmin etmək çətindir". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyevin sözlərinə görə, südvermənin ilk qaydası anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasını təmin etməsidir. Həmçinin, körpənin ananın döşünə erkən bağlanmasının təmin edilməsi olduqca vacib məsələdir: "Kolostrum (doğuşdan sonra yaranan ilk ana südü) yeni doğulmuş körpə üçün ideal qidadır. Belə ki, kolostrumda olan yüksək miqdarda protein, vitamin və minerallar körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Eyni zamanda, onların immun sisteminin qurulmasında mühüm rol oynayır".