Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur - FOTO
19 May 2023 12:15 SosialXəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb. Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.
Olaylar.az xəbər verir ki, Məhəmməd Məmmədli Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmmədovun qardaşı oğludur. Onun ailəsi Naxçıvanda kirayə yaşayır. Yüksək nəticə göstərən məktəblinin atası Qurban Məmmədovun iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası ali təhsillidir, hazırda evdar xanımdır.
Manşet.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31