Əmək müqavilələrin sayı 1 faiz artıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında da ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə və ya 1 faiz artaraq 1 milyon 763 min 669-a çatıb. Ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında mütəmadi artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-ci ilin yanvar-aprel aylarında əməkhaqqı fondunda daha 8,5 faiz artım qeydə alınıb. Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31