Nazir müavini Xaçmazda vətəndaşları qəbul edəcək
19 May 2023 12:35 SosialƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 31-də Xaçmaz rayonunda həmin rayonun sakinlərini qəbul edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 19-25 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31