Sabirabadda “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib

Meşə yanğınlarının qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Sabirabad rayonunda "Yanğın təhlükəsizliyi" mövzusunda təlim keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31