Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində Beynəlxalq Muzeylər günü qeyd edilib - ÖZƏL - FOTO
18 May 2023 14:38 Sosial18 may tarixində Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində Beynəlxalq Muzeylər günü ilə əlaqədar Yardımlı rayon Peşə Məktəbinin kollektivi ilə birlikdə tədbir keçirilib."Olaylar"ın məlumatına görə, tədbiri giriş sözü ilə açan muzeyin direktor əvəzi İlqar Həsənov ilk öncə şəhidlərimizin əziz xatirəsinə hörmət olaraq bir dəqiqəlik sükütla yad edilməsini xahiş edib. Çıxışında İ.Həsənov muzeyimizin yaranması,eksponantlar haqqında qonaqlara geniş məlumat verib. Tədbirdə iştirak edən Peşə məktəbinin direktoru Qabil müəllim Ağayev və onun kollektivinə minnətdarlıq edilib.
Daha sonra çıxış edən Qabil müəllim muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara göstərilən diqqət və qayğıya görə muzeyin kollektivinə minnətdarlığını bildirib. Yekunda İ.Həsənovun rəhbərliyi ilə Peşə məktəbinin kollektivinə ekskursiya təşkil olundu və qədim tarixi özündə əks etdirən eksponatlar haqqında məlumat verilib.
