Azərbaycanda yeni şantaj növü: "Sextortion" - Kişilərin intim hərəkətlərini çəkib...
18 May 2023 14:34 SosialSon günlər Azərbaycanda kiber şantajın bir növü olan "Sextortion" halları yenidən artıb.
Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu texnoloq Fərid Pərdəşünas deyib.
O qeyd edib ki, bu, ailələrin dağılmasına, intiharlara səbəb olan təhlükəli hücum növlərindən biridir.
"Hücum zamanı türk dilində danışan xanımlar onlayn danışıqlar təşkil edərək, qarşı tərəfin intim hərəkətlər etməsini tələb edir. Bu hərəkətlər isə videogörüntü formasında qeydə alınır, daha sonra şantaja başlanılır. Xüsusilə mövzudan xəbərsiz olan və texnologiya ilə zəif davranış göstərən və təbii ki, hisslərinə məğlub olan şəxslər bu hücumun qurbanı olur. Lazım olan məbləğlər hər ay ödənilmədikdə, çəkilən videonuz bir-bir dostlarınıza göndərilir",- ekspert deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31