Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək
18 May 2023 14:31 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi və "Neptun" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Tullantıları ekoçantaya dəyiş" aksiyası 21 may tarixində "Həzi Aslanov" m/s yaxınlığındakı Neptun marketin qarşısında keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər: "Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq".
Neptun market - Rəsul Rza küç, 29/42, "Həzi Aslanov" m/s yaxınlığı
Saat: 14:00. 21 may
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31