AzTU tələbəsi Avropa Birliyinin veb səhifələrində boşluq aşkar edib
18 May 2023 13:09 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifələrində boşluq aşkar edib.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın "Hall of Fame" hissəsində 2 dəfə paylaşılıb.
Bu məlumatla CERT-EU HoF: https://cert.europa.eu/hall-of-fame saytında tanış olmaq olar.
Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31