Bakıda quyuya düşərək ölən uşaqların adları MƏLUM OLDU

Sabunçu rayonunda quyuya düşərək ölən uşaqların adları məlum olub. 

Olaylar.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər - Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur. 

Uşaqlar dost olub və ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31