Nazirlik əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
10 May 2023 15:54 SosialÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və Nazirliyin digər qurumlarının əməkdaşlarından ibarət 12 nəfərlik qrup Heydər Əliyev zirvəsinə yürüş edib.Nazirlikdən "Olaylar-a bildirilib ki, Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə yürüş bələdçilərin müşayiəti ilə Xınalıqdan başlayaraq və əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun, təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.Yürüş iştirakçıları dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsini dərin ehtiramla yad ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31