31 mart Azərbaycanlıların Soyqırım qurbanları Neftçala rayonunda yad olunub - FOTO
31 Mart 2023 15:27 SosialNeftçala rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı gününün 105-ci il dönümü yad olunub.
.jpg)
"OLAYLAR" xəbər verir ki, anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
İlk öncə 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksini və bu gün doğum günü olan şəhid İbrahim Mənəfovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Tədbir iştirakçıları 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunan rəsm sərgisinə baxış keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31