Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu - VİDEO
31 Mart 2023 13:48 SosialÖtən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Olaylar.az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.
Belə ki, VAZ-2107 markalı avtomobilin işıqforun yaşıl işığından və yolayrıcının keçilməsi qaydasını pozub.
Bu zaman yolayrıcına daxil olan "Mercedes-Benz" əvvəlcə həmin nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarında dayanan VAZ-2104 markalı avtomobilə çırpılıb.
VAZ-2104 də öz növbəsində park halında olan "Hyundai" markalı avtomobilə çırpılıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Avtomobillərə ciddi maddi ziyan dəyib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31