242 uşağ övladlığa verilib
31 Mart 2023 13:38 Sosial2022-ci ildə və bu ilin ötən dövründə 242 uşağ övladlığa verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib ki, cari ildə himayədar ailə modelinin tətbiqinə başlanması nəzərdə tutulub. Nazirliyin Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə, həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərilib. Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzi açılıb, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31