1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb
31 Mart 2023 13:31 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Bu barədə Nazirlikdən "Olaylar"a verilən məumatda bildirilib ki, hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq. Məlumatda o da bildirilib ki, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxs səyyar formada sosial-məişət, 400 şəxs isə sosial-hüquqi xidmətlərlə təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31