Şəhid ailələri və müharibə əlillərinə daha 1500 mənzil veriləcək
31 Mart 2023 13:31 SosialVətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı beş dəfə genişlənib. "Olaylar"ın məlumatına hörə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Bildirib ki, onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib: "Cənab Prezidentin göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31