İcbari tibbi sığorta ilə bağlı ilkin nəticələr ümidvericidir- Nazir
20 May 2022 10:41 Sosial2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi - icbari tibbi sığorta tətbiq edilir. Onun həyata keçirilməsi koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq, ilkin nəticələr ümidvericidir. Səhiyyə Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, bunu səhiyyə naziri Teymur Musayev "Stop Vərəm" Tərəfdaşlığının İdarə Heyətinin onlayn formatında keçirilən 35-ci toplantısında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur: "Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31