“Şəhidlər abidə kompleksi”nın açılışı olub- FOTOLAR
20 May 2022 10:42 SosialMayın 19-da Yardımlı rayon Ostair kəndində Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənovun təşəbbüsü ilə inşa olunan birinci Qarabağ müharibəsi və 44 Günlük Vətən Savaşı şəhidlərinin xatirəsinə həsr olunmuş "abidə kompleksi"nin açılış mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Yardımlı rayon İcra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova və şöbə müdiri Zakir İmanov, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənov və əməkdaşları , o cümlədən, şəhid ailələri, qazı və müharibə iştirakçıları, rayon ziyalıları, kənd sakinləri və məktəblilər iştirak edib.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səslənidirlib. Tədbirdə rəhbər işçilər, həmçinin şəhid valideynləri, qazilər çıxış edib . Məktəblilər ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Çıxışlarda şəhidlərin keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib və şəhid ailələrinə diplomlar təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib.
![]()
![]()
![]()