Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb
20 May 2022 10:20 SosialBakıda üç uşaq itkin düşüb.
Hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.
14 yaşlı S.R., onun bacıları, 10 yaşlı Ş. və 7 yaşlı X. oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.
Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı həmin bölmədə araşdırma aparılır.
lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31