Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO
19 May 2022 12:06 SosialZəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz açıqlamasında bildirib ki, məsələ Nazirliyin diqqətindədir:
"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31