Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
19 May 2022 12:01 SosialBakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.
O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə gətirilib.
"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.
Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.
Qeyd edək ki, jurnalistin sirkə turşusu içməsinin səbəbi açıqlanmır.

sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31