MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ  GÖRÜŞ

Bərdə  Regional  Mədəniyyət   İdarəsinin rəhbərliyinə yeni   təyin  olunmuş    Vasilə xanım  Mövsümova   bu günlərdə  təmsil  etdikləri şəhər  və rayonlarda   fəaliyyət göstərən Kütləvi  İnformasiya  Vasitələrinin- mətbuat, televiziya, portal, internet, sayt  və   digər  media  qurumlarının  nümayəndələri  ilə     görüş  keçirmişdir.  Dəyirmi   masa  arxasında   səmimi  ovqat  şəraitində   keçən    görüşdə     Vəsilə Mövsümova özü haqqında      qısa  arayış  verdikdən  sonra  ona göstərilən    etimadı  layiqincə doğrultmaq    istiqamətində  bütün    bilik  və    bacarığını,  potensial  imkanlarını   əsirgəməyəcəyini     bildirmişdir.
   Görüş zamanı Regional  İdarənin  rəhbəri    yeni  seçildiyi   qurumun    fəaliyyəti, gələcək planları və qarşıda duran  vəzifələr  barədə ətraflı məlumat vermiş, müstəqilliyimizin bərpasından sonra milli mətbuatımızın   inkişafında  yeni  mərhələnin   başlandığını diqqətə   çatdırmış, KİV nümayəndələri ilə  birgə qarşılıqlı    fikir mübadiləsi etmiş, dəyərli məsləhət,  təklif   və tövsiyələrini  bölüşmüşdür.   Vəsilə  xanım  onu da  xüsusi  vurğulamışdır  ki, rəhbərlik  etdiyi  qurumun   qapısı      media    işçilərinin, hər bir  vətəndaşın     üzünə      günün  bütün  saatlarında  açıqdır.  
  Möhtərəm  Prezidentimiz, Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  Müzəffər  Sərkərdə  İlham Əliyev  cənablarının    "dəmir  yumruğu"  ətrafında  birləşərək  44 günlük  İkinci  Qarabağ müharibəsində mənfur  düşmən  uzərində    qazandığımız     cahanşümul    qələbəmizdən  sonsuz  qürur  hissi  ilə  danışan    natiq  Azərbaycan  jurnalistlərinin  də  bu  möhtəşəm qələbəmizdə rolu olduğunu  yüksək dəyərləndirmişdir.   İşğaldan  azad  olunmuş  ərazilərimizdə hiyləgər düşmənin   milli-  mənəvi  və  mədəni  irsimizə, mövcud  tarixi  abidələrimizə qarşı  törətdiyi terror,       vəhşilik və  vandalizm  aktlarından da  ürək  ağrısı  ilə    söhbət  açan  natiq    onu da qeyd  etmişdir ki, döyüş  meydanında   qalib  gəldiyimiz  kimi  milli - mənəvi  dəyərlərimizin  əsl  sahibi   olmaq    uğrunda da    sizli-bizli   səy   və bacarığımızı   əsirgəməməliyik.  Tədbirdə  çıxış  edən  mətbuat  nümayəndələri  onların  əməyinə   verilən  dəyərə görə   minnətdarlıqlarını  ifadə  edərək bu cür görüşlərin  Regional  İdarə  ilə  əməkdaşlıqda   əhəmiyyətli  körpü  rolu   oynayacağına  əminliklərini bildirmişlər
Tədbirə  yekun  vuran     Vəsilə  xanım  Mövsümova   dəvətlərini  qəbul  edərək   görüşə  gəlmiş    media   mənsublarına     rəhbərlik  etdiyi   qurum  adından    təşəkkürünü   bildirmiş. cəmiyyətimizin güzgüsü  sayılan  milli  mətbuat  sahəsindəki    fəaliyyətlərində   hər birinə  uğurlar   arzulamış, birgə  xatirə  şəkli  çəkdimişdir.
 Bu  sətirlərin  müəllifi  kimi  mən və    tədbirin    digər  iştirakçıları  da      ilk gündən    mədənyyətimizin  inkişafına  diqqət və  qayğını  fəaliyyətinin  başlıca  prioriteti  qəbul  etmiş    Vəsilə  xanım Mövsümovaya       gələcək  fəaliyyyətində    yeni-yeni  yaradıcılıq   uğurları   arzuladıq.    
 
 "AİLƏ GÜNÜ"  TƏDBİRİNDƏ   DƏ İŞTİRAK  ETDİK
 Həmin  gün   media  mənsubları olaraq   Bərdə   şəhərinin   qədim  tarixi   abidələrindən   olan   "Torpaq qalası", "Nüşabə qalası"  adlanan    ərazidə  Bərdə  Regional  Mədəniyyət   İdarəsinin   təşkilatçılığı  ilə Beynəlxalq  Ailə  gününə   həsr olunmuş   tədbirə biz də  qoşulduq.  Şəhər   rəsmlərnin və  geniş   ictimaiyyət  nümayəndələrinin       iştirak  etdiyi tədbirdə    çıxış  edən Bərdə  Regional   Mədəniyyət   İdarəsinin    rəisi  Vəsilə   Mövsümova bildirmişdir  ki,  BMT Baş  Assambleyasının 20  sentyabr  1993-cü  il  tarixli qətnaməsinə  uyğun olaraq 1994-cü ildən    etibarən hər il  may  ayının   15-i dünyada    Beynəlxalq Ailə günü kimi  qeyd    edilir. Natiq  onu da  diqqətə  çatdırmışdır ki, müstəqil  Azəpbaycanda  dövlət -  ailə siyasətinin    formalaşması məhz ümummilli  lider Heydər  Əliyevin  adı  ilə bağlıdır və bu  siyasət  Azərbaycan  Prezidenti  İlham Əliyev cənabları və  Birinci xanım  Mehriban   Əliyeva  tərəfindən bu gün də  uğurla  davam  etdirilir.     
 Beynəlxalq Ailə  günü  ilə  əlaqədar  hazırlanmış rəngarəng  proqramlı,  əlvan     kompozisiyalı, musiqili və çal-çağırlı  tədbirdə  düzənlənən      rəsm   sərgisi,  qədim  tariximizə söykənən,  müxtəlif  dövrləri  əhatə  edən məişət   əşyaları  və digər       eksponatlar da   tamaşaçılar  tərəfindən maraqla  qarşılandı..
 


Ramiz HƏMİDOV,
Yevlaxda  çıxan   "Kür" qəzetinin  əməkdaşı.     
   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31